Artıq məlumat verildiyi kimi, 2016-cı ilin21-25aprel tarixində baş tutacaq 2. Azərbaycan-Alman-Türk Tibb Konqresində Almaniya, İsveçrə, Türkiyə və s. ölkələrdən 15-dən çox tanınmış alimlər iştirak edəcək. Bu Konqres təkcə Azərbaycan üçün deyil, ümumilikdə Avropada tibbin inkişafı, tibbi biliklərin mübadiləsi və yeni istiqamətlərin müəyyən edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu günlərdə təşkilat komitəsinə Konqres münasibətilə təbrik məktubu yazan Almaniyanın Rheinland-Pfalz torpağının ministerprezidenti Malu Dreyer də öz məktubunda bu məqamı vurğuladı.
2013-cü ildən Rheinland-Pfalz torpağında ministerprezident vəzifəsində fəaliyyət göstərən Malu Dreyer məktubunda həmçinin qeyd edir ki, bu Konqres tibb sahəsindəki ixtisas biliklərinin ölkələr arasında şəbəkələşməsinə, bununla da xəstəliklərin vaxtında aşkarlanmasına və insanların sağlamlığının qorunmasına şərait yaradır. Ministerprezident onu da vurğuladı ki, “Beynəlxalq Konqres ölkələrimiz və insanlarımız arasında mədəni və sosial əlaqələri də dərinləşdirir”.
Sonda Malu Dreyer Konqresin bütün təşkilatçılarına, xüsusən də prof. Q.Müslümov və Dr.med Deniz Uyaka Konqresin təşkili və bu yöndə qoyduqları gərgin əməyə görə minnətdarlığını bildirir, bütün Konqres iştirakçılarına, həmçinin referentlərə mənalı müzakirələr və öz vaxtlarının dəyərli keçməsini arzu edir.
Malu Dreyer
Almaniyanın Rheinland-Pfalz torpağının minister prezidenti
Əziz konqres iştirakçıları! Hörmətli qonaqlar!
Azərbaycanda son onilliklər ərzində həyatımızın bütün sahələrində olduğu kimi tibb sahəsində də çox əhəmiyyətli inkişafa nail olunmuşdur. Əminliklə deyə bilərik ki, ölkəmizdə təbabətin inkişafında qardaş Türkiyə və Almaniya tibb mərkəzləri ilə olan əlaqələrimizin çox böyük rolu var.
Bildiyiniz kimi, ötən il Azərbaycanda beynəlxalq statuslu 1-ci Almaniya-Azərbaycan-Türk tibb konqresi çox uğurla təşkil edildi və yaxın xaric ölkələrində ilk dəfə olaraq konqresə və treyninqlərə 21 Beynəlxalq Kredit (CME) qazandıq. Bu ilin 21-25 aprel tarixlərində təşkil ediləcək konqresimizə Avropanın Davamlı Tibb Mərkəzləri tərəfindən tanınan 24 Kredit balı verilmişdir ki, bu da konqresimizin beynəlxalq səviyyəli tədbir kimi qəbul edilməsindən və nüfuzunun artmasından xəbər verir. Ötən il olduğu kimi bu il də maraqlı diskussiyalar və çıxışlarla yanaşı azərbaycanlı, alman və türk mütəxəssisləri tərəfindən laparoskopik və açıq cərrahiyyə, endoskopiya və radiologiya üzrə də 3 günlük treyninqlər keçiriləcəkdir ki, bu da mütəxəssis hazırlığı baxımından xüsusi əhəmiyyət kəsb edir. Mən Konqresin işində referent və məruzəçi qismində iştirak edən bizim türk və alman həmkarlarımıza xüsusi təşəkkürümü bildirirəm. Konqresin işinə uğurlar diləyirəm və bütün iştirakçılara bu fürsətdən yetərincə yararlanmağı arzulayıram.
Professor GURBANXAN MÜSLÜMOV
Konqresin prezidenti, Almaniya-Azərbaycan Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri
Konqres çərçivəsində həmçinin Tələbə, rezident və gənc həkimlərin Cərrahiyyə, Onkologiya, Radiologiya və Qastroenterologiyanın aktual problemlərinə həsr edilmiş məruzələrində ibarət forumu təşkil olunacaq. Foruma iştirakçıların seçilməsi GAMCA tərəfindən aparılacaq və 31.01.2016 tarixinədək davam edəcək.
Konqresdə və treyninqlərdə iştirak üçün qeydiyyata yalnız online olaraq aparılır.
Ətraflı məlumat üçün bu e-mail adresi ilə əlaqə saxlayın:
Ərizənizin alınması barədə sizə avtomatik elektron cavab gəldikdən sonra mütləq iştirakınızın rəsmiləşdirilməsi üçün həmin elektron poçt ünvanına məktubla müraciət etməyiniz tələb olunur.
Hörmətli iştirakçılar, konqresə və treyninqlərdə ödəniş haqqında məlumatı aşağı linkdən ala bilərsiniz:
Ödəniş cədvəli (azərbaycanlı iştirakçılar üçün)
Ödəniş cədvəli (xarici iştirakçılar üçün)
- PDF 1.AGTMC 2015 – Treyninqlərin proqramı
- PDF 1.AGTMC 2015 – Konqresin proqramı
- PDF 2.AGTMC 2016 – Konqres haqqında flyer
- PDF 2.AGTMC 2016 – Treyninqlərin proqramı
- PDF 2.AGTMC 2016 – Konqresin proqramı
- LINK 2.AGTMC 2016 – Konqresə online qeydiyyat
- LINK 2.AGTMC 2016 – Treyninqlərə online qeydiyyat
- LINK Tələbə forumu üçün qeydiyyat
Hörmətlə,
TƏŞKİLAT KOMİTƏSİ
Təşkilatçılar:
Prof. Qurbanxan Müslümov
mobile: +99450 3103201
e-mail: gmuslumov@gmail.com
Dr. med. Deniz Uyak
mobile: +49172 4069934
e-mail: D.Uyak@t-online.de
Koordinatorlar:
Yusif Əliyarov: yusifaliyarov@yahoo.com
Elgün Səmədov: elgunsamed@yahoo.com
Mübariz Məmmədli: mamedlim@gmail.com
Tapdıq Məmmədov: tapdiq.mammadov@gamca.az
Vüqar Behbudov: behbudovv@gmail.com
Əlaqə:
Ünvan: Həsənbəy Zərdabi Küç., ev 77a, AZ1100, Baku, Azerbaijan
Tel :(+994 12) 533-06-34
+994 55-342-81-81 – Vüqar Behbudov
+994 55-839-19-19 – Tapdıq Məmmədov
+994 50-398-87-76 – Yüsif Əliyarov