Məlumat verdiyimiz kimi, uzun fasilədən sonra Bakıda Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və TƏBİB-in təşkilatı dəstəyi ilə 1-4 dekabr 2022-ci il tarixlərində növbəti VII Bakı Beynəlxalq Tibbi Treninq Günləri keçirilmişdir. Tədbirin ilk günündə zoom platforması üzərindən Azərbaycanda və regionda nadir mərkəzlərdə edilən unikal cərrahi əməliyyatlar hesab edilən aşırı piylənməyə görə Laparoskopik Sleeve qastrektomiya, düz bağırsağın şişinə görə laparoskopik ön rezeksiyası və mədənin xərçənginə görə Laparoskopik gastrektomiya əməliyyatları canlı olaraq icra edilərək tədbir iştirakçıları üçün translyasiya edilmişdir. Tədbirin 2-ci günü akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində akt zalına birbaşa translasiya ilə daha 3 canlı əməliyyatlar icra edilmiş və Almaniyadan və Türkiyədən gəlmiş aparıcı mütəxəssislər tərəfindən mühazirələr oxunulmuş və aktiv diskussiyalar təşkil edilmişdir. Laparoskopik cərrahiyyənin ağır patalogiyalardan biri olan divertikulitə görə Laparoskopik soltərəfli hemikolektomiya və mədənn selikaltı törəməsinə görə endoskopik mukozektomiya əməliyyatları azərbaycanlı və xarici mütəxəssislər tərəfindən uğurla icra edilmişdir. Günün ikinci yarısında azərbaycanlı və xarici mütəxəssislərin birgə rəhbərliyi və Bio Litech firmasının təşkiatı dəstəyi ilə Lazer proktologiya üzrə mühazirələr, diskussiyalar və canlı əməliyyatlar da daxil olmaqla ustad dərsləri verilmişdir. Bu master klas çərçivəsində treninq iştirakçıları üçün xüsusi modellər üzərində treyninqlər təşkil edilmiş, hər bir iştirakçının şəxsi iştirakı ilə canlı əməliyyatlar icra edilmişdir. Paralel olaraq Almaz Akademiyası Tibbi Treynionq Mərkəzində Laparoskopik və Ümumi cərrahiyyə, ginekologiya, endoskopiya, radiologiya, ultrasəslə müayinə, reanimasiya, tibb baciları kursu üzrə treyninqlər təşkil edilmişdir. Avropada tibb mütəxəssislərinin öyrədilməsi məqsədilə istifadə edilən müasir proqramla əsasında və xüsusi modellər və mulyajlar üzərində təşkil edilmiş bu treyninqlərdə Azərbaycandan, Özbəkistandan, Tacikistandan və Türkiyədən olmaqla 200 nəfər iştirakçı iştirak etmişdir. Treyninqlərə qatılan iştirakçıların 30 nəfərinin xarici iştirakçı olması Azərbaycanın region ölkələri üçün tibbin inkişafı baxımından artan rolunun göstəricisidir.
3 dekabr 2022 tarixində Holliday İnn otelində VII Bakı Beynəlxalq Tibbi Treninq Günlərinin rəsmi aşılış mərasimi baş tutmuşdur. Açılı.da 300 nəfərdən çox iştirakçı iştirak etmişdir. Açılış mərasimini giriş sözlə açan Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin sədri professor Qurbanxan Müslümov və tədbirin digər prezidentləri prof. M.Gebel və prof. İ. Sücüllü qonaqları və iştirakçıları salamlyaraq tədbirin mahiyyəti barədə ətraflı məlumat vermişlər. Tədbirin rəsmi qonaqlarından Özbəkistan Respublikasının ölkəmizdəki Fövqaladə və Səlahiyyətli səfiri, cənab Bahrom Aşrafxanov iştiarkçıları özbək dilində salamladı və ölkələr arasında sıx dostluq əlaqələrin möhkəmlənməsində bu cür tədbirlərin vacibliyini vurğuladı. Daha sonra Azərbaycan Respublikasının Səhiyyə Nazirinin müavini Nadir Zeynalov, TƏBİB-in rəsmisi Yaqut Qarayeva, Milli Məclisin deputatı İlham MMəmmədov və digərləri bu tədbirlətin uzun illərdir keçirildiyini və Azərbaycan səhiyyəsinə böyük töhvələr verildiyini və əhəmiyyətini xüsusi vurğuladılar.
Açılış mərasimindən sonra keçirilən 2 plenar iclasda Almaniya, Türkiyə, Özbəkistan və digər ölkələrdən gəlmiş xarici mütəxəssislərlə yanaşı Azərbaycanın da aparıcı mütəxəssislərinin daxil olduğu 10-dan çox referent tərəfindən maraqlı mühazirələr oxunulmuş və interaktiv mühazirələr təşkil edilmişdir. Həmin günün 2-ci yarısında Azərbaycanda və regionda yeni icra edilməsinə başlanılmış endoskopik tiroidektomiya – qalxanvari vəzinin heç bir kəsik aparılmadan endoskopiya üsulu ilə xaric edilməsi əməliyyatı professor Q.Müslümov tərəfindən icra edilərək 200 nəfərə yaxın iştirakçı üçün zala translyasiya edilmişdir. Əməliyyat gedişində maraqlı diskussiyalar və çox faydalı müzakirələr təşkil edilmişdir.
Tədbir 3-4 dekabr 2022 tarixlərində müxtəlif ünvanlarda laparoskopik və açıq cərrahiyə, ultrasonoqrafiya, endoskopik ultrasonoqrafiya, intensiv terapiya, ginekologiya, endoskopiya, tibb bacıları kursu və bir sıra digər sahələr üzrə treninqlərlə davam etmişdir. Tədbirin sonunda iştirakçılara beynəlxalq səviyyəli sertifikatlar verimlişdir. Bu treyninqlər Avropada Davamlı Tibb Təhsili Mərkəzləri tərəfindən, eləcə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunaraq, davamlı tibb təhsili üzrə 20 kredit balı ilə qiymətləndirilmişdir.