Select Page

Əsas səhifə

Əziz dostlar,

Dəyərli kolleqalar,

9-12 May 2024-cü il tarixlərində Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti – AMİCC in 1-ci Konqresi baş tutdu. 350 yerli və 150 xarici iştirakçının qatıldığı bu konqresin ən böyük özəlliklərindən biri 4 günlük canlı cərrahiyyə kursunun və ustad dərslərinin keçirilməsi oldu. Əsl marafonu xatırladan canlı cərrahiyyə kursu ( Milli Onkologiya Mərkəzi, M.Topçubaşov ad. Elmi Cərrahiyyə Mərkəzi, Bakı Sağlamlıq Mərkəzi, Respubluka Diaqnostika Mərkəzi, Abşeron Mərkəzi Xəstəxanası, Mərkəzi Kliniki Xəstəxana, LivBonaDea Hospital, German Hospital və Kraton klinikaları) çərçivəsində 30 xəstə üzərində canlı əməliyyatı icra edilərək konqres zalına translyasiya edilməklə bizim və Azərbaycan cərrahiyyəsinin nəyə qadir olduğunu ortaya qoydu.

Konqresin digər özəlliyi 15 ixtisas üzrə tibbi treninq kursları və ustad dərsləri də təşkil edilməsi olmuşdur. Türkiyə Cərrahi Həmşirəliyi dərnəyinin dəstəyi ilə təşkil olunan Cərrahiyyə və Əməliyyatxana Tibb Bacılarının 1. Konqresi çərçivəsində də Azərbaycanın bütün regionlarında gəlmiş 100-dən çox tibb bacısı üçün maraqlı seminarlar və treninq kursları təşkil edilmişdir.

Konqresə qardaş Özbəkistandan 100-ə yaxın mütəxəssis qatılması uzun illər ərtzində bu yönümdə gördüyümüz işlərin nəticəsi və Azərbaycanda Minimal İnvaziv Cərrahiyyənin inkişaf göstəricisidir.

Konqres Prezidentləri olaraq ilk növbədə bu tədbirin təşkilinə verdikləri dəstəyə görə Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin İdarə Heyyətinin üzvləri – Əli Allahverdiyev, Zaur Xəlilov, Emil Muxtarov, İlqar İsmayılov, Fərid Rəfiyev, Ağakişi Yəhyayev, Nicat Alışov, Tarverdi Rzayev, bu uğurda xüsusi paylarıı olan Vüqar Behbudov, Natiq Zeynalov, Zöhrə Azadova və Əzizə Əliyevaya dərin təşəkkürümüzü bildiririk. Canlı cərrahiyyə və treyninq kurslarının təşkilində əməyi olan Tapdıq Məmmədov, Həzi Aslanov, Həcər Həsənova, Turan Həsənov, Taleh Bəşirov, Vüsal Göyüşov, Azər Hümmətov, Vüqar Fəttahpur, Mahmud Mahmudov, Niyaməddin Əliyev, Əli Baxşəliyev, İlyas Həsənov, İlkin Haşımov, Cavid Əhmədov, bu əməliyyatların icra edildiyi Milli Onkologiya Mərkəzi, M.Topçubaşov ad. Elmi Cərrahiyyə Mərkəzi, Bakı Sağlamlıq Mərkəzi, Respubluka Diaqnostika Mərkəzi, Abşeron Mərkəzi Xəstəxanası, Mərkəzi Kliniki Xəstəxana, LivBonaDea Hospital, German Hospital və Kraton klinikalarının rəhbərlərinə, moderatorlarımız Gerasim Rüstəmov, Nuru Bayramov, Samir Cavadzadə, Fuad Quliyev, Rauf Nağıyev, Elçin Ağayev, Bəxtiyar Musayev, İlahə Quliyeva, Rəşad Şolan, Taryel Ömərov, Elğün Səmədov, İlham Qafarov, Elman İbrahimov, çoxsaylı xarici və yerli məruzəçilərimizə, tədbirin sponsorlarına, başda BioLitek şirkəti, KRKA, B/Braun, SolPharma, İmago, Medeks və Kraton şirkətlərinə və adını çəkmədiyimiz əməyi olan hər kəsə minnətdarıq.

Xüsusi olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi, TƏBİB, Özbəkistan Respublikası Səhiyyə Nazirliyinə tədbirin təşkilinə verdikləri dəstəyə görə təşəkkür edirik. təşkilat qrupuna və əməyi keçən hər kəsə dərin minnətdarlığımılzı bildiririk.

KONQRES PREZİDENTLƏRİ

QURBANXAN MÜSLÜMOV

İSLAM MAHALOV

Hörmətlə,
TƏŞKİLAT KOMİTƏSİ!

Əlavə məlumat almaq üçün
İnternet ünvanı: agtmed-congress.org
Ünvan: Həsənbəy Zərdabi küç. ev 77a, AZ1100, Bakı, Azərbaycan (xəritədə bax)
Tel: (+99412) 533-06-34 , (+994 55) 342-81-81
Email: invazivm@gmail.com

Telefon:

Vüqar dr. (+994) 55 342-81-81;
(+ 994) 55 465 22 17
(+ 994) 51 738 98 14

e-Mail:

behbudovv@gmail.com
info@agtmed-congress.org
gatmc2015@gmail.com

[:en]

Əziz həkimlər, rezidentlər və tələbələr!

22-25 aprel 2023-cü il tarixlərində Azərbaycanda Heydər Əliyev Fondunun dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş növbəti Beynəlxalq səviyyəli 6. Azərbaycan-Alman-Türk Tibb Konqresi və 8. Bakı Beynəlxalq Tibbi Treyninq Günləri keçiriləcəkdir. Tədbirdə Almaniya, Türkiyə, Özbəkistan, Slovakiya, Bosniya-Hersoqovina, Filippin, Sinqapur və  bir sıra dünya ölkələrindən olmaqla 60 nəfərdən çox xarici məruzəçi, moderator və iştirakçılarla yanaşı Avropa və Asiya Endoskopik və Laparoskopik cərrahlar cəmiyyətlərinin rəsmiləri də iştirak edəcəkdir. Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Avropa davamlı Tibb Təhsili Mərkəzləri tərəfindən akkreditasiya olunaraq 20 davamlı tibb təhsili balı ilə qiymətləndirilmişdir. Tədbirin gedişində 10-dan çox maraqlı canlı əməliyyatların ( cərrahi, endoskopik, invaziv radioloji və s.) iclas zalına  translyasiyası və iştirakçılarla bərabər müzakirəsi təşkil ediləcəkdir.  İlk dəfə olaraq bu səviyyəli beynəlxalq tibb konqresinin bir hissəsi Azərbaycanın cənub regionunda keçiriləcəkdir. Belə ki, tədbirin açılışı və plenar iclasları 22 aprel 2023 tarixində Astara rayonunda, treyninq və ustad dərsləri isə 23 aprel 2023-cü il tarixində Lənkəran, Astara, Lerik və Masallı Rayon Mərkəzi Xəstəxanalarında təşkil ediləcəkdir. Regionda çalışan həkimlərimiz üçün 12 ixtisas üzrə (Laparoskopik və Ümumi cərrahiyyə, Endoskopiya, Radiologiya, Ultrasonoqrafiya, Urologiya, Nefrologiya və dializ, Kardiologiya, Lazer proktologiya, Ginekologiya, Təcili tibbi yardım (ALS-BLS), Travmatologiya və Ortopediya, Tibb Bacıları ixtisasları) ustad dərsləri və treyninqlər azərbaycanlı və xarici mütəxəssislərin moderatorluğu ilə keçiriləcəkdir. 22 apreldə plenar iclas zamanı regionda ilk dəfə icra olunacaq endoskopik tiroidektomiya əməliyyatı iclas zalına translyasiya edilərək interaktiv müzakirə ediləcəkdir. Regionda təşkil edəcəyimiz maraqlı leksiyalar, ustad dərsləri və treyninqlərdən 300-ə yaxın yerli mütəxəssisin iştirakı və faydalanması gözlənilir.

Tədbirin davamı 24-25 apreldə Bakı şəhərində maraqlı müzakirələr və canlı əməliyyatlarla davam edəcəkdir. 24 apreldə günün ikinci yarısında plenar iclas Badamdart (Pulman) otelin iclas zalında keçiriləcək, 25 apreldə isə canlı əməliyyatların translyasiyası M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin iclas zalında baş tutacaqdır.  Tədbirin gedişində Avropa və Asiya Endoskopik və Laparoskopik Cərrahlar cəmiyyətlərinin rəsmilərinin iştirakı ilə birgə əməkdaşlıq məsələləri də ətraflı müzakirə ediləcəkdir.

Tədbir zamanı Azərbaycan və Özbəkistan təbiblərinin iştirakı ilə Azərbaycan-Özbəkistan Tibb Cəmiyyətinin təşəbbüsü ilə Ulu Öndər H.Əliyevin 100 illiyi çərçivəsində 100 özbəsiktanlı həkimin Azərbaycanda ixtisaslaşması layihəsi çərçivəsində 25 nəfər müxtəlif ixtisaslı mütəxəssisin konqres , treyninq və ustad dərslərində pulsuz iştirakı təmin ediləcəkdir. Eləcə də cəmiyyətin gələcək fəaliyyət planları, əməkdaşlıq məsələləri və yeni proyektləri də müzakirə ediləcəkdir.

Hörmətlə,
TƏŞKİLAT KOMİTƏSİ!

Əlavə məlumat almaq üçün
İnternet ünvanı: agtmed-congress.org

Telefon:

Vüqar dr. (+994) 55 342-81-81;
(+ 994) 55 465 22 17
(+ 994) 51 738 98 14

e-Mail:

behbudovv@gmail.com
info@agtmed-congress.org
gatmc2015@gmail.com

[:ru]

[:]