15-17 Noyabr 2019-cu il tarixlərində Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti və AlmazAkademie Tibbi Treyninq Mərkəzi tərəfindən təşkil ediləcək 6-cı Bakı Beynəlxalq Tibbi Treyninq Günlərinə qeydiyyat başlanmışdır.
Tədbir zamanı 3 gün ərzində umumi və laparoskopik cərrahiyyə, ginekologiya, endoskopiya, reanimasiya, ultrasonoqrafiya, elektrokardioqrafiya və tibb bacıları kursları təşkil ediləcəkdir. Treyninqlər ən müasir mulyaj və simulyatorlar üzərində Almaniya, İsveçrə, Türkiyə və Azərbaycandan gəlmiş mütəxəssislər tərəfindən aparılacaqdır.
Treyninqlərə aşağıdaki linkdən istifadə etməklə online qeydiyyatdan keçə bilərsiniz. Treyninqlərə qeydiyyat üçün erkən qeydiyyat Oktyabrın 1-ə qədər, geç qeydiyyat isə Noyabrın 1-ə qədər davam edəcəkdir.
Əlavə məlumat üçün behbudovv@gmail.com email adresinə yaza və ya +994553428181 telefon nömrəsinə zəng edə bilərsiniz.