Konqres 2016

İkinci Azərbaycan – Alman – Türk Tibb Konqresi (2016)

AZƏRBAYCAN ALMANİYA TİBBİ ƏMƏKDAŞLIQ CƏMİYYƏTİNİN
təşkilatı dəstəyi ilə 21-25 Aprel 2016-cı il tarixlərində Bakıda 2-ci AZƏRBAYCAN-ALMAN-TÜRK TİBB KONQRESİ təşkil edilir. Konqresdə Almaniyanın, İsveçrənin, Avstriyanın, Yaponiyanın, Türkiyənin və digər Avropa ölkələrinin Universitet Klinikalarından dəvət edilmiş professorlar referent qismində iştirak edəcəklər.

Konqres Monolit Plaza otelində baş tutacaq. Tədbirin gedişində hər gün Laparoskopik cərrahiyyə, Endoskopiya, Ümumi Cərrahiyyə və Ultrasonoqrafiya üzrə 4 saatlıq (səhər 2 saat, günortadan sonra 2 saat olmaqla) 25 CME (Continuing Medical Education) balı olan Workshopların keçirilməsi planlaşdırılır. Nəzərinizə çatdırırıq ki, ötən ilki konqresimizdə bu workshoplara postsovet məkanında ilk dəfə 21 CME balı verilmiş və sertifikatlarımız beynəlxalq status qazanmışdır.

Konqresdə yanaşı olaraq Azərbaycan Minimal İnvaziv və Endoskopik Cərrahlar Cəmiyyətinin də 2-ci Konqresi də keçiriləcək.

Konqresə bu ildən başlayaraq tezis qəbulu da planlaşdırılır. Tezislərin qəbulu 31.01.2016 tarixinə qədər online olaraq aparılacaqdır.

Konqres çərçivəsində həmçinin Tələbə, rezident və gənc həkimlərin Cərrahiyyə, Onkologiya, Radiologiya və Qastroenterologiyanın aktual problemlərinə həsr edilmiş məruzələrində ibarət forumu təşkil olunacaq. Foruma iştirakçıların seçilməsi GAMCA tərəfindən aparılacaq və 31.01.2016 tarixinədək davam edəcək.

Konqresdə və treyninqlərdə iştirak üçün qeydiyyata yalnız online olaraq aparılır.

Ətraflı məlumat üçün bu e-mail adresi ilə əlaqə saxlayın: agtmc2016@gmail.com

Ərizənizin alınması barədə sizə avtomatik elektron cavab gəldikdən sonra mütləq iştirakınızın rəsmiləşdirilməsi üçün həmin elektron poçt ünvanına məktubla müraciət etməyiniz tələb olunur.

Hörmətli iştirakçılar, konqresə və treyninqlərdə ödəniş haqqında məlumatı aşağı linkdən ala bilərsiniz:
Ödəniş cədvəli

 

 

Hörmətlə,
TƏŞKİLAT KOMİTƏSİ
Koordinatorlar:
Yusif  Əliyarov: yusifaliyarov@yahoo.com
Elgün Səmədov: elgunsamed@yahoo.com
Günay Əliyeva: gunayaliyeva80@gmail.com
Tapdıq Məmmədov: tapdiq.mammadov@gamca.az
Vüqar Behbudov: behbudovv@gmail.com

Əlaqə:
Ünvan: HəsənbəyZərdabi küç. ev 77a, AZ1100, Bakı, Azərbaycan
Tel: (+99412) 533-06-34
0099455-342-81-81   Vüqar Behbudov
0099455-839-19-19   Tapdıq Məmmədov
0099450-398-87-76  Yusif  Əliyarov