Select Page

[:az]Tələbə Forumu[:en]Student Forum[:ru]Cтуденческий форум[:]

[:az]21-24 Aprel 2016-cı il tarixlərində ba ştutacaq 2.Azərbaycan-Alman-Türk Tibb Konqresi çərçivəsində elmi çıxışlar, elmi müzakirələr və treninqlərdən əlavə „Tələbə, Rezident və Gənc həkimlərin Forumu“ keçiriləcək. Burada elmi mövzuda çıxış etmək istəyən bütün tələbə, rezident və gənc həkimlərimizi həmin foruma dəvət edirik. Müraciətlərdən müsabiqə nəticəsində 6 nəfər seçilərək forumda çıxış etmək hüququ qazanacaq. Həmin namizədlər elmi məsləhətçilərin köməyi ilə hazırlanaraq münsiflər heyəti və konqres iştirakçıları qarşısında öz təqdimatlarını edəcəklər. Münsiflər heyətinin qərarı ilə 2-ci və 3-cü yerlərin sahiblərinə xüsusi mükafat veriləcək, 1-ci yerin qalibi Almaniyada 1 aylıq tibbi praktika keçmək imkanı qazanacaq. — Təqdimat Power Point prezentasiya formatında ingilis dilində olmalıdır — Mövzular konqresin elmi mövzularına uyğun olaraq ümumi cərrahiyyə, radiologiya, qastroenterologiya, onkologiya və endoskopiya sahələrinə aid olmalıdır — Hər çıxış üçün 15 dəqiqə vaxt veriləcəkdir. Öz tibbi və dil biliyinə güvənən tələbə, rezident və gənc həkimlərimizi bu foruma qatılmağa dəvət edirik. Foruma qatılmaq üçün aşağıdakı linkə daxil olub qeydiyyatdan keçdikdən sonra prezentasiyalarınızı sforum.agtmc@gmail.com e-mail ünvanına göndərə bilərsininiz.

Hörmətli yuxarı kurs tələbələri və rezidentlər  nəzərinizə çatdırmaq istərdik ki, bu ilki 21-24 Aprel tarixlərində baş tutacaq 2. Azərbaycan-Alman-Türk Tibb konqresi çərçivəsində keçirələcək Student forum zamani  Deutsche Ärztekammer, German Hospital Groups, Almaniyanın qeyri-hökumət professional təşkilatlarının nümayəndə heyətinin iştirakı ilə simpozium keçiriləcək. Bu simpozium zamanı,

  • Gələcəkdə Almaniyada tibbi təhsil almaq, işləmək arzusunda olanlar üçün alman tibbi tədris proqramları əsasında Approbation imtahanına hazırlıq kurslarının, sınaq imtahanlarının və bu sahədə ixtisaslaşmış alman mütəxəssisləri ilə online dərs proqramlarının təşkil edilməsi;
  • Azərbaycanlı tələbələrin və həkimlərin Almaniyada qısa müddətli hospitation keçdikdən sonra Beruferlaubnisin (iş icazəsi) alınması;
  • Daha sonra tələbələrin Approbation imtahanı üçün termininin alınması

və bu kimi məsələlər geniş müzakirə ediləcək. Əgər siz də bu müzakirələrdə yaxından iştirak etmək istəyirsinizsə aşağıdakı linkdən qeydiyyatdan keçə bilərsiniz.

 [:en]Besides scientific speeches, scientific discussions and trainings which will be take place on the second Azerbaijan-German-Turkish Congress which will be held on the 21-24 April 2016, there will be held also “Student, residents and young doctor’s forum”. We invite to the forum all students, residents and young doctors who wants to perform scientific issue in the forum. There will be selected 6 persons among the applicants who has right to speak on the forum. Those candidates will perform their presentation in front of jury and participants of Congress after preparation with the help of science advisors. At the end of the competition the first three winners will be awarded. 2nd and 3rd place winners will be awarded with special prize and the 1st place winner will be awarded to have an opportunity to take place in a medical practice in Germany. – Presentation must be prepared like Power Point Presentation in English – Themes must match with scientific themes of the Congress about General Surgery, Oncology, Radiology, Endoscopy or Gastroenterology (you can check only one scientific theme) – All applicants will be given 15 minutes to perform All students, residents and young doctors who trusts to their medical and English knowledge are invited to participate in “Students, residents and young doctors Forum”. Send your presentations to the e-mail: sforum.agtmc@gmail.com

[:]