Xəbər verdiyimiz kimi 26-29 Aprel 2018-ci il tarixlərində 4.Azərbaycan-Alman-Türk Tibb Konqresi və 3.Baki Beynəlxalq Tibbi Treyninq Günləri keçiriləcəkdir. Konqres çərçivəsində keçirilən 3 günlük treyninqlər Avropada Davamlı Tibb Təhsili üzrə qəbul edilmiş proqramlar əsasında aparılır və iştirakçılara beynəlxalq səviyyəli sertifikatlar verilir.
Səhiyyə Nazirliyi bu konqres və treyninq kurslarını Davamlı Tibbi Təhsil verən tədbir kimi tanımış və 34 Kredit balı vermişdir. Nəzərinizə çatdırmaq istəyirik ki, ginekologiya qrupunun intermediate və advanced səviyyəsində, ultrasonoqrafiya qrupunun intermediate səviyyəsində, kardiopulmonar qrupunun intermediate səviyyəsində, laparoskopik cərrahiyyə qrupunun intermediate səviyyəsində yerlət dolduğu üçün bu qruplara və bu səviyyələrə qeydiyyat dayandırılıb. Laparoskopik cərrahiyyə qrupunun Basic və Advanced səviyyəsinə, Ümumi və damar cərrahiyyəsi qrupunun Basic, İntermediate və Advanced səviyyəsinə, Endoskopiya qrupunun Basic, İntermediate və Advanced səviyyəsinə, EUS qrupunun Master class səviyyəsinə, Genetik tədqiqatların əsasları və tibbi məqalə hazırlanması qrupunun General səviyyəsinə, Radiologiya qrupunun Master class səviyyəsinə, Ultrasonoqrafiya qrupunun Basic və Advanced səviyyəsinə, Ginekologiya qrupunun Basic və İntermediate səviyyəsinə, Histeroskopiya qrupunun İntermediate və Advanced səviyyəsinə,Kardiologiya və EKG qrupunun General səviyyəsinə, Urologiya qrupunun İntermediate və Advanced səviyyəsinə, Kardiopulmonar Reanimasiya qrupunun Basic və Advanced səviyyəsinə qeydiyyat davam edir. Digər qruplarda və səviyyələrdə yerlər məhdud olduğu üçün qeydiyyatdan keçməyə tələsin!!!