Artıq 3-cü dəfədir keçirilən Azərbaycan-Alman-Türk Tibb Konqresinə hazırlıq işlərinə rəsmən start verilmişdir. Bu il konqresin əsas mövzuları siyahısına cərrahiyyə, onkologiya, qastroenterologiya və radiologiya ilə yanaşı ginekologiya da daxil edilmişdir. Müvafiq olaraq konqres çərçivəsində keçiriləcək treyninqlərin sırasında da ginekologiya üzrə treyninq kursları yer alacaqdır.
Eləcə də bu il konqresə Rusiya, Ukrayna, Türkiyə, Gürcüstan və Orta Asiya ölkələrindən daha çox iştirakçıların qatılacağı gözlənilir. Məlum olduğu kimi ötən ilki konqres Avropa Davamlı Tibb təhsili mərkəzləri tərəfindən 24 CME balı ilə qiymətləndirilmişdir. Bu il bunun 25-30 arası olacağı gözlənilir.
Bu ildən konqres çərçivəsində keçiriləcək treyninqlərə olan marağı və burada tutor qismində iştirak etmək arzusunda olan avropalı professorların sayının artmasını nəzərə alaraq Bakı Beynəlxalq Tibbi Treyninq Günləri adı altında daha təkmil və təşkilatlanmış şəkildə keçiriləcəkdir.
Konqresə və treyninqlərə online qeydiyyat artıq başlamışdır:
LINK 3.AGTMC 2017 – Konqresə online qeydiyyat
LINK 3.AGTMC 2017 – Treyninqlərə online qeydiyyat
TƏŞKİLAT KOMİTƏSİ