21-24 aprel tarixlərində Bakıda keçirələcək 3.Azərbaycan-Alman-Türk Tibb Konqresi çərçivəsində baş tutacaq 1.Bakı Beynəlxalq Tibbi Treyninq Günlərinin başlanmasına 10 gündən də az vaxt qalıb. Nəzərinizə çatdırmaq istəyirik ki, bir çox treyninq qrupları üzrə yerlər artıq tam dolmuşdur.
Belə ki, ümumi cərrahiyyə üzrə basic və advanced, laparoskopik cərrahiyyə üzrə basic və advanced, endoskopiya üzrə advanced, radiologiya üzrə advanced, ginekologiya üzrə advanced və kardiopulmonar advanced qruplarında yerlər tam tutulmuşdur. Odur ki, bugündən bu qruplara qeydiyyat dayandırılır. Bugünə qədər sadalanan qruplara qeydiyyatdan keçib lakin ödəniş etməyən iştirakçılardan seçimini dəyişərək mümkün qədər tez ödəniş etmələri xahiş olunur. Digər qruplarımızda da yerlər dolmaq üzrədir. Belə ki, ümumi cərrahiyyə üzrə intermediate qrupunda 3 yer, laparoskopik cərrahiyyə üzrə intermediate qrupunda 2 yer, radiologiya üzrə basic qrupunda 4 yer qalmışdır.
Treyninqlərə qeydiyyatdan keçib ödəniş etmiş iştirakçıların nəzərinə çatdırırıq ki, sizin iştirakçı nömrəniz və treyninqlərin proqramı tezliklə sizin e-mail ünvanınıza göndəriləcəkdir.
Konqresə online qeydiyyat: http://bit.ly/konqres2017
Treyninqlərə online qeydiyyat: http://bit.ly/treyninq2017
Hamınıza uğurlar arzulayırıq. Tezliklə görüşmək ümidilə,
Təşkilat Komitəsi