Tədbir planlaşdırıldığı kimi “Holiday İnn” otelində canlı əməliyyatın birbaşa transilyasiyası ilə başladı. “Laparoskopik parsial qastrektomiya” əməliyyatı “Funda” klinikasında akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə rəhbəri, Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri prof. Q.F.Müslümovun rəhbərliyi, t.ü.f.d. H.M.Aslanovun və t.ü.f.d. F.V.Əliyevin assistentliyi icra olundu. Əməliyyatın şərhini prof. Q.F.Müslümov geniş şəkildə aparmış,zalda əyləşənlər arasında yaranmış interaktiv müzakirələrdə onların suallarını doktor E.Əhmədov cavablandırmışdır.
Daha sonra “Holiday İnn” otelində “Ümumi cərrahiyyə”, “Ginekologiya”, “Laparoskopiya”, “Kardiopulmonar reanimasiya” (CRP) üzrə intermediate və advanced səviyyələrə uyğun, həmçinin müxtəlif klinikalarda Venoz doppler və qalxanvari vəzi USM, Lazer təbabəti, eləcə də EKQ üzrə treyninqlərin ilk günü keçirilmişdir.
Həkim, rezident və tələbələrə Ümumi cərrahiyyə üzrə treninqlərdə təcrübəli moderatorlar tərəfindən canlı toxumalar üzərində düyün vurulma və tikişlərin qoyulması texnikası üzrə, Ginekologiya və Laparoskopiya qrupları üzrə laparoskopik disseksiya və liqatura qoyulması, laparoskopik düyün texnikası kimi ilkin vərdişlərə yiyələnmiş, Kardiopulmonar reanimasiya qrupu üzrə mulyajlar üzərində ilkin tibbi yardım, ürəyin defibrillyasiyası, kardiostimulyatorların tətbiqi öyrənmişlər.
Treyninq iştirakçıları Ultrasonoqrafiya üzrə pasient üzərində müxtəlif orqanların US müayinə prinsipləri, detal ultrasonoqrafiyanın əsasları və doppler müayinəsi, həmçinin EKQ əsasları üzrə Lazer təbabətində ginekologiyada lazer kosmetik cərrahiyyə və lazer proktologiya üzrə ustad dərsləri almışlar.
Hər bir treyninqin davametmə müddəti 2 saat olmuşdur.
Qeyd olunduğu kimi, VI Bakı Beynəlxalq Tibbi Treyninq Günləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən davamlı Tibbi Təhsili tədbiri olaraq akkreditasiya olunaraq 22 balla qiymətləndirilmişdir.