Əziz həkimlər, rezidentlər, tibb tələbələri və tibb bacıları!

Nəzərinizə çatdırırıq ki, 8-10 may 2020-ci il tarixlərində Bakı şəhərində növbəti VI Azərbaycan-Alman-Türk Tibb Konqrensi və VII Bakı Beynəlxalq Tibbi Treninq Günləri keçiriləcəkdir. İlk dəfə olaraq konqres və treninqlərlə yanaşı cərrahiyyə və intensiv terapiya tibb bacılarının da 1-ci konqrensi təşkil ediləcəkdir. Konqres hər il olduğu kimi cərrahiyə, onkologiya, qastroenterologiya, intensiv terapiya, ginekologiyaya və ümumilikdə tibbdə multidissiplinar yanaşmalara həsr olunacaq. Konqresin işində Almaniya, Avstriya, İsveçrə, Türkiyə, Rusiyavə bir sıra xariciölkələrdən dəvət olunmuş 20-ə yaxın beynəlxalq səviyyəli mütəxəssisin iştirakı planlaşdırılır. Konqreslə yanaşı həm də laparoskopik və açıq cərrahiyə, ultrasonoqrafiya, endoskopik ultrasonoqrafiya, intensivterapiya, ginekologiya, endoskopiya, tibb bacıları kursu və bir sıra digər sahələr üzrə ən müasir tibbi simulyatorlar üzərində və avropada davamlı tibb təhsili məqsədilə istifadə olunan xüsusi öyrədici proqramlar əsasında tibbi treyninqlər keçiriləcək. Treninqlərdə xaricdən dəvət olunmuş dünyada tibb təhsili verən aparıcı mütəxəssislərlə yanaşı həmdə azərbaycanlı mütəxəssislər də moderatorluq edəcəklər.

Qeyd etdiyimiz kimi, Azərbaycanda ilk dəfə tibb bacılarının konqresi keçiriləcək və bu zaman Azərbaycandan olan tibb bacıları Almaniya, Türkiyə və Rusiyadan dəvət olunmuş tibb bacıları ilə həm öz təcrübələrini bölüşəcəklər, həm də xarici həmkərlarından bu işin ən müasir səviyyədə qurulma yollarını öyrənəcəklər. Eləcə də konqres çərçivəsində tibb bacıları üçün həkimlərimizin, aparıcı mütəxəssislərin və xarici ölkələrdə tibb bacılarının hazırlığı və ixtisaslaşması ilə məşğul olan aparıcı tibb bacılarının moderatorluğu ilə xüsusi ustad dərsləri və treninqlər keçiriləcək.

Bu il konqresin və treninqlərin özəlliklərindən biri dəcanlı əməliyyat və digər prosedurların keçirilməsi olacaq. Cərrahlar üçün canlı əməliyyatlar, endoskopiya və ultrasəs mütəxəssisləri üçün aparılacaq müayinələrin canlı olaraq yayımlanması, həmçinin interaktiv müayinələrin və treninqlərin aparılması xarici mütəxəssislərlə yanaşı yerli mütəxəssislərimiz tərəfindəndə icra ediləcəkdir.

Konqres və treninqlər Avropada Davamlı Tibb Təhsili Mərkəzləri tərəfindən, eləcə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunaraq, davamlı tibb təhsili balı ilə qiymətləndiriləcəkdir. Nəzərinizə çatdırmaq istəyirik ki, keçən il keçirilən konqres və treninqlərimiz 30 davamlı tibb təhsili krediti ilə qiymətləndirilmişdir.

Treninqlərə və konqresə qeydiyyat online olaraq agtmed-congress.org saytında artıq başlanılmışdır. Konqres və treyninqlərə qatılmaq istəyənlər aşağıda göstərilən link üzərindən onlineqeydiyatdan keçə bilərlər.

Konqresə qeydiyyat

Treyninqlərə qeydiyyat

Hörmətlə,

TƏŞKİLAT KOMİTƏSİ!

Əlavə məlumat almaq üçün

İnternet ünvanı: agtmed-congress.org

Telefon: Vüqar dr. (+994) 55 342-81-81; Sevda dr. (+ 994) 55 369-19-72

Mail: behbudovv@gmail.com