Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti və Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin təşkilatşılığı ilə keçirdiyimiz vebinara prof.Qurbanxan Müslümov və prof. Nuru Bayramov moderatorluq edirdi. Məruzəçi qismində millət vəkili, prof. Rəşad Mahmudov, prof. İslam Mahalov, prof. Kənan Yusifzadə, prof. Pərviz Abbasov, PD Dr.Yusif Əliyarov, PD Dr. Turab Canbaxışov, Dr.Eldar Əhmədov, Dr.İlqar İsmayılov, Dr.Nicat Alışov iştirak edirdilər. Vebinar zamanı Covid pandemiyası şəraitində və eləcə də Covidli xəstələrdə cərrahi, onkoloji, ginekoloji və radioloji yanaşmalar müzakirə edilmiş, dünya və Azərbaycan təcrübəsi analiz edilmişdir.