Əziz həkimlər, rezidentlər, tələbələr! Nəzərinizə çatdıraq ki, 27.02.2021 tarixində Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin növbəti seminar/vebinarı keçirildi. Seminar Excelsior hoteldə baş tutdu və eyni zamanda GoToWebinar platforması üzərindən canlı yayımlandı. Seminarın mövzusu “Qastroezofageal reflyüks xəstəliyi – Baret qida borusu – Adenokarsinoma qastroentroloqlar, endoskopist və cərrahən gözü ilə” olmuşdur. Seminarın moderatorları Prof. Kənan Yusifzadə, Prof. Əlihüseyn Hidayətov və Prof. Nuru Bayramov idi. Prof. Kənan Yusifzadə və online olaraq qatılan Prof. Nuru Bayramov seminar canlı iştirakçıları vı eyni zamanda online iştirakçıları ilə diskussiya aparmışlar. Seminar zamanı Professor Müslümov ilk öncə pandemiya şəraitində əməliyyat, xəstənin korona virus daşıyıcısı olduğu zaman hansı yolu izləməli olduqları ilə bağlı danışmış ardından “Qastroezofageal reflyüks xəstəliyi” barədə məruzə oxumuşdur. O, bu texnikanın yaranma tarixi, icra edilmə texnikası barəsində məlumat vermişdir. Onun ardınca isə Baku Medical Plazanın Qastroenteroloq-Hepatoloqu Arzu Yusifova “Qastroezofageal reflyüks xəstəliyi müasir qastroentrologiyanın aktual problemi kimi” adlı mühazirəsini oxumuş, seminar iştirakçıları ilə bu barədə ətraflı diskussiya aparmışdır. Ardından Yeni Klinikanın Qastroentroloqu Fərid Quliyev öz mühazirəsini oxumuşdur. “Barret qida borusunun diaqnostikası və endoskopik Müalicə prinsipləri” adlı mühazirəsindən sonra seminar iştirakçılarının və online olaraq qatılanlanların suallarını cavablamışdır. ardından yarım saatlıq cafe break zamanı iştirakçılar oxunan mühazirələri müzakirə etmişdirlər. Davam edən saatlarda Silahlı Qüvəllərin Baş Klinik Hospitalının doktoru Elgün Səməd “Kardianın şişləri zamanı müasir yanaşmalar mühazirəsin oxumuş, auditoriya tərəfindən verilən sualları cavablamışdır. Elgün Səmədin çıxışənda həmın sonra isə Prof. Qurbanxan Müslümov canlı yayımda Laparoskopik Total Qastrektamiya əməliyyatı icra etmişdir. Əməliyyat müddətində auditoriyanın və online olaraq qatılan iştirakçıların suallarını cavablamışdır. Seminar online şəkildə bütün cərrahlar üçün açıq və ödənişsiz şərhlərlə yayımlanmışdır. Seminara online olaraq 200-ə yaxın iştirakçı qatılmışdı. Seminarı izləmək üçün linkə daxil olun, eyni zamanda yeniliklərdən xəbərdar olmaq üçün kanalımıza abunə olun.