Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin rəsmi saytına istinadən verdiyimiz məlumata görə 29 Sentyabr-14 Oktyabr 2021-ci il tarixlərində Tacikistan Səhiyyə Nazirliyinin göndərişi ilə Tacikstanın Baş Cərrahının rəhbərliyi altında bir qrup tacikistanlı cərrah Azərbaycanda ixtisasartırma kursunda olmuşdular. Kurs iştirakçıları öz vətənlərinə geri döndükdən sonra Tacikistan Səhiyyə Nazirliyi Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Agentliyi, TƏBİB, Səhiyyə Nazirliyi və M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin ünvanına təşəkkür məktubu ünvanlayaraq kursun təşkilinə görə minnətdarlıq etmiş və bu əməkdaşlığın daha da dərinləşməsi və tacikistanlı həkimlərin Azərbaycanda digər sahələrdə də ixtisaslaşma imkanlarının yaradılmasını xahiş etmişdilər. Bunun ardınca Tacikistan Respublikası Səhiyyə Nazirliyinin dəvəti ilə M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin Kolorektal cərrahiyyə şöbəsinin rəhbəri, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin və Almazakademie Tibbi Treyninq Mərkəzinin Sədri,  professor Qurbanxan Müslümov 6-10 Noyabr, 2021-ci il tarixlərində Tacikistanda olmuşdur. Səfər zamanı azərbaycanlı professor Tacikistan Respublikası Cərrahlar Cəmiyyətinin xüsusi toplantısında 300-ə yaxın iştirakçı üçün müasir cərrahiyyənin nailiyyətləri barədə bir neçə məruzə ilə çıxış etmiş, Tacikistanda ilk dəfə olaraq toplantı zalına translyasiya edilməklə mürəkkəb əməliyyatlar icra etməklə 2 günlük ustad dərsləri vermiş, laparoskopik cərrahiyyə üzrə treyninqlər təşkil etmişdir. Ustad dərsləri paralel online olaraq bütün regionda translyasiya edilmişdir. Tədbir çərçivəsində yoğun bağırsaq, mədə və qara ciyər patologiyaları olan xəstələr üzərində mürəkkəb laparoskopik əməliyyatlar tacikistanda ilk dəfə olaraq azərbaycanlı professor tərəfindən icra edilmişdir. Bu tacikistanlı mütəxəssislər tərəfindən hələ sovet Tacikistanında tibbin və xüsusən də cərrahiyyənin inkişafında azərbaycanlı cərrahların əvəzedilməsi rol oynaması ənənəsinin davamı kimi qiymətləndirilmişdir.

Prof. Q.Müslümov Tacikistan Tibb Universiteti, Tacikistan Diplomdansonrakı İxtisasartırma İnstitutunun professor və müəllim heyyəti üçün də cərrahiyyə üzrə tibb təhsili və ixtisaslaşma problemləri barədə məruzə oxumuş və iştirakçıları dünya təcrübəsi ilə tanış etmişdir. Sevindirici haldır ki, azərbaycanlı professor Tacikistan Cərrahlar Cəmiyyətinin həqiqi üzvü seçilmiş və gələcəkdə Tacikistan Tibb Universiteti və Tacikistan Diplomdansonrakı İxtisasartırma İnstitutunun fəxri professoru seçilməsi barədə danişiqlar aparılaraq onun razılığı alınmışdır.

 

Səfər zamanı Tacikistan Respublikasının Səhiyyə və Sosial Müdafiə Naziri cənab Cəlaləddin Abdullozado professor Qurbanxan Müslümovu qəbul etmiş və gələcəkdə tacikistanlı cərrahların Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin xüsusi felloşip kurslarından yaralanması,Laparoskopik və açıq cərrahiyyə üzrə ixtisaslaşma və treyninq kuslarında iştirak etməsi perspektivləri barədə müzakirələr aparılmışdır. Tacik həkimlərin Azərbaycanda keçiriləcək kurs və treyninqlərdə iştirakı ilə yanaşı Tacikistan Respublikasında da azərbaycanlı mütəxəssislərin iştirakı ilə endoskopik, laparoskopik və torakoskopik cərrahiyyə sahəsində ən son yeniliklərlə əyani tanış olmaq və öz bilik və bacarıqlarını artırmaq məqsədilə requlyar ustad dərslərinin və treyninqlərin təşkil edilməsi barədə də müzakirələr aparılmışdır.

 

Həyatımızın bütün sahələrində olduğu kimi tibb sahəsində də nəzərə çarpan inkişaf Azərbaycanın artıq region ölkələrində tibbin inkişafı üçün orientir rolu oynaması, tibb kadlarının ixtisaslaşma və oyrənmə mərkəzinə çevrilməsinə səbəb olmuşdur. Region olkələrindən tibb kadrlarının öyrənmək və ixtisaslaşmaq məqsədilə məhz Azərbaycanı seçmələri hər kəs üçün qürurvericidir. Onu xüsusi vurğulaMAQ LAZIMDIR Kİ, TƏDBİRİN ƏSAS GÜNÜ 8 Noyabra düşdüyündən professor Q.Müslümov 100-lərlə həkimin izlədiyi tədbirin canlı yayımında Azərbaycanın Zəfər Günü və Şuşanın azad edilməsi günü münasibətilə həmkarlarını təbrik etmiş və 44 günlük müharibə barədə informasiya vermişdir. Prof.Qurbanxan Müslümovun çıxışını bu linkdən izləyə bilərsiniz-