[:az]Artıq xəbər verildiyi kimi, Konqres çərçivəsində planlaşdırılan beynəlxalq səviyyəli treyninqlər hər qrupda 3 səviyyədə təşkil olunacaq. Hər səviyyədə ona uyğun mürrəkəblikdə manipulyasiyalar, prosedurl
ar və vərrdişlər öyrədiləcək.
Laparoskopiya qrupunun basic səviyyəsində ilk öyrədilən vərdişlərdən biri kamera ilə işləmə prinsipləridir. Kamera – laparoskopik əməliyyatın gedişində ən mühüm alətlərdən biridir. Kameradan düzgün istifadə olunmadığı cərrahın işi çətinləşir, hətta xətalara gətirib çıxara bilər. Kamera ilə düzgün işləməyi bacaran tələbə və rezidentlər i
sə əməliyyat gedişində özlərini barədə professional nöqteyi-nəzərdən əlverişli fikir yaratmaq, müsbət təəsurat bağışlamaq şansını əldə edirlər.
Kamera ilə işin əsas prinsipləri aşağıdakılardan ibarətdir:
- Üfüqdən yayınmamaq! Daimi nəzarət etmək lazımdır ki, kamera üfüq xəttindən 15 dərəcədən çox yayınmasın, əks halda cərrahın işinə maneə yaranır.

- Rotasiyadan istifadə et! 30 dərəcəyədək fırlanma qabiliyyətli optikaya malik olan kameranın potensialından tam istifadə etməklə, obyektləri hərtərəfli görmək mümkündür, bu imkanı qaçırmaq olmaz.
- Hər iki branşı izlə! İki branşlı alətlərlə iş zamanı hər hansı manipulyasiyanı uğurla həyata keçirmək üçün hər iki branşın vizualizasiyası mütləqdir.
- Obyekti mərkəzdə saxla! Kamera cərrahın ən əsas yardımçısıdır, onun gözləridir. Cərrah hansı obyektin üzərində manipulyasiya icra edirsə, həmin obyekt ekranın tam mərkəzində olmalıdır, əks halda cərrah işi xeyli çətinləşir.
Təbii ki, bu prinsipləri şifahi bilmək kifayət deyil. Kamera ilə iş vərdişlərinə praktiki olaraq yiyələnmək üçün treynerlərimiz Sizə yardımçı olacaqlar.
[:]