[:az]
- Müayinə həkim tərəfindən müəyyən edilmiş göstərişlər əsasında təyin edilir;
- Həkim-endoskopist müayinə olunan şəxsdə hər hansı xəstəliyin (məs., şəkərli diabet) və dərman allergiyasının olması barədə məlumatlanmalıdır;
- Müayinə acqarına aparılır – manipulyasiyadan 8-10 saat öncədən istənilən qida qəbulu qəti qadağandır;
- Müayinə yalnız poliklinika və ya stasionarda xüsusi kabinetlərdə aparılır;
- Müayinədən öncə xəstə premedikasiya olunmalıdır (sedativ preparat inyeksiyası), həmçinin aerozol formalı anestetik vasitəsilə dilin kökünün yerli anesteziyası icra edilir. Müayinə ümumi (damardaxili) anesteziya altında da keçirilə bilər.
Prosedurun gedişi:
- Xəstə yanı üstə uzadılır.
- Xəstə dişlərinin arasında xüsusi rezin və ya plastik aləti sıxır ki, onun arasından qastroskopun borusu daxil edilir. Daha sonra xəstədən boğazını gərginləşdirməmək və ya sadəcə udqunmaq xahiş edilir. Udqunma zamanı qastroskop qida borusuna daxil edilir. Qusma refleksi və qeyri-xoş hissləri azaltmaq üçün xəstəyə dərindən və sakit nəfəs almaq məsləhət görülür.
- Boru vasitəsilə hava vurulur ki, MBT orqanlarının yuxarı şöbələrinin mənfəzini açılsın.
- Həkim qida borusu, mədə və onikibarmaq bağırsağın daxili səthinə baxır.
- Lazım gələrsə, görüntünün foto və ya video çəkilişi aparılır.
- Göstəriş olduqda müalicəvi manipulyasiyalar (qanaxmanın dayandırılması, polipektomiya, dərman vasitəsinin daxil edilməsi) icra edilir.
- Nəhayət, qastroskop xaric edilir. Bir qayda olaraq, sadə müayinə zamanı endoskopun daxil edilməsindən xaric olunmasına qədər təxminən 1,5-2 dəqiqə keçir.
Ağırlaşmalar: Hal-hazırda müasir alətlərin mövcudluğu sayəsində ağırlaşmaların rast gəlmə tezliyi son dərəcə aşağı olduğunda, qastroskopiya təhlükəsiz prosedur hesab olunur. Yalnız 1% hallarda perforasiya, qanaxma (manipulyasiyalar zamanı) baş verə bilər.
One of the first manipulations that the trainers will teach at the basic level of endoscopy group are the basal habits on gastroscopy.
Gastroscopy (in other words, esophagogastroduodenosc
Instructions for gastroscopy are as follows: doubt about tumor of esophagus, stomach or duodenum, bleeding, ulcer disease in the stomach and / or duodenum, gastritis, duodenitis, esophag

We would like to remind that at the basic level participants of endoscopy group will also be taught basal habits on colonoscopy, endoscopic biopsy sampling, endoscopic identification of different formations and endoscopic polypectomy
surgery.
At the other levels the participa
[:]
