Radiologiya qrupunun treyninqlərində iştirakçılar basic səviyyəsində ultrasonoqrafiyaya dair ilkin biliklərə, digər irəli səviyyələrdə isə (intermediate və advanced) ultrasəs nəzarəti altında icra olunan invaziv və qeyri-invaziv müayinə və müalicə metodlarının vərdişlərinə yiyələnəcəklər.
Bununla yanaşı, treyninqin gedişində bir çox inkişaf etmiş ölkələrdə tədris məqsədilə istifadə olunan proqressiv ultrasəs simulyatorlarından da istifadə olunması planlaşdırılır. Ultrasonoqrafiya simulyatorları – zahirən və funksional olaraq ultrasəs aparatını təkrarlayan xüsusi cihazdan və manekendən ibarətdir. Aparat müxtəlif tezlikli datçiklərlə, standart idarəetmə qurğuları (gücləndirmə, zaman kompensasiyasını idarəetmə, fokus, görüntünün ölçüsünün dəyişməsi) ilə təchiz olunub. Manekenin skanerlənməsi zamanı aparatın ekranına normal və ya müxtəlif patologiyalı orqanların görüntüsü ötürülür ki, bu görüntülər xəstələrdən real şəraitdə 3-D formatında əldə edilib və kompakt diskdə saxlanılıb. Yəni aparatla işləyən şəxs proseduru virtual aparsa da, real xəstələrdə alınmış görüntüləri əldə edərək qiymətləndirir. Datçik maneken üzərində hərəkət etdirildikdə, ekrandakı görüntüdə müvafiq dəyişikliklər baş verir ki, bu da öyrənən şəxsə real zaman miqyasında şəxsi skan etmə təcrübəsini əldə etmək imkanını yaradır.
Bunlardan əlavə, simulyator öyrənən şəxsin icra etdiyi praktiki tapşırıqları (məsələn, qarın boşluğunun travması zamanı fokuslu müayinə) fiksə edir və yaddaşda saxlayır. Simulyatorun üstünlüyü ondan ibarətdir ki, öyrənən şəxsə orqanın normal və ya patoloji quruluşunu əks etdirən ultrasonoqramları dəfələrlə təkrar nümayiş etdirmək imkanı yaranır.
At basic level participants of radiology group will gain the preliminary knowledge on ultrasound, while at other advanced levels (intermediate and advanced), they will gain habits on invasive and non-invasive ultrasound examination and treatment methods, which are carried out under the ultrasonic control. Moreov
In addition, the simulator sets and saves the practical tasks carried out by the learner (for example, focused assessment during abdominal trauma). The advantage of simulator is that it allows the learner repeatedly demonstrate ultrasonograms