[:az]Laparoskopiya qrupunda iştirakçılara Nissen üzrə fundoplikasiya əməliyyatı öyrədiləcək[:en]Participants in a group of laparoscopy will be taught Nissen’s fundoplication surgery. [:]
Feb 23, 2016
[:az]
Laparoskopiya qrupunun advanced səviyyəsində iştirakçılara öyrədiləcək əməliyyatlardan biri Nissen texnikası ilə Laparoskopik fundoplikasiyadır.
Fundoplikasiya – antireflüks əməliyyatı olub, məzmunu ondan ibarətdir ki, mədənin dibi qida borusu ətrafına sarınaraq manjet yaradılır. Bu manjet mədə möhtəviyyatının qida borusuna atılmasının qarşısını alır. Fundoplikasiya nəticəsində aşağı qida borusu sfinkterinin nəinki anatomik, həmçinin funksional quruluşu bərpa olunur – tonus normallaşır, mədənin gərilməsi zamanı keçici boşalmaların sayı azalır, mədənin evakuasiyası asanlaşır.
Əməliyyat həm açıq, həm də laparoskopik şəkildə icra edilə bilər. Hal-hazırda Nissen üzrə fundoplikasiya, həmçinin onun müxtəlif modifikasiyaları antireflüks cərrahiyəsində “qızıl standart” hesab edilir. Beləliklə, fundoplikasiya Qastroezofageal reflüks xəstəliyinin (QERX) müalicəsində ən geniş istifadə olunan əməliyyatdır. Əməliyyatın məqsədi aşağı qida borusu sfinkterində təzyiqin artırılması, bununla da reflüksların qarşısının alınmasıdır. Təcrübəli (ən azı 30-50 laparoskopik əməliyyat icra etmiş) cərrah tərəfindən icra edildikdə, fundoplikasiyanın nəticələri düzgün planlaşdırılmış və dəqiq yerinə yetirilmiş proton pompasının inhibitorları ilə terapevtik müalicədən alınan nəticələr qədər uğurlu olur. Əməliyyat ilə bağlı əlavə təsirlər və ağırlaşmalar 5-20% hallarda rast gəlinir. Ən geniş yayılmış əlavə təsir disfagiyadı
r. Disfagiya, bir qayda olaraq, müvəqqəti olub 3-6 aydan sonra öz-özünə keçib gedir. Bəzi xəstələrdə meydana çıxan digər problem gəyirmə və qusma aktının çətinləşməsi, bəzən hətta mümkünsüzlüyüdür. Bunun səbəbi əməliyyat nəticəsində mədə möhtəviyyatının istənilən tip geriyə hərəkəti üçün fiziki baryerin yaradılmasıdır. Effektiv gəyirmənin mümkünsüzlüyü nəticəsində xəstədə “gas-bloat” sindromu – qarında köp və diskomfort hissi əmələ gəlir.
[:en]
One of the surgeries to be taught to the participants of advanced level in laparoscopy group is laparoscopic Nissen fundoplication.
undoplication is antireflux surgery when gastric fundus is wrapped around the esophagus. This treatment wrap prevents stomach contents from returning to the esophagus. As a result of fundoplication, not only automatic, but also functional structure of sphincter of lower esophagusis restored – tone is normalized, the number of transient discharges during the stretch of the stomach decreases, gastric emptying becomes easier.
Surgery can be carried out both in open and laparoscopic condition. Currently, Nissenfundoplication, as well as its various modifications are considered “gold standard” for antirefluxsurgery. So, fundoplication is the most widely used in the treatment of Gastroesophageal reflux disease (GERD).
The aim of the surgery is the increase of pressure on the lower esophagus sphincter, thereby prevention of refluxes.