Select Page

[:az]

Ümumi cərrahiyə qrupunun İntermediate səviyyəsində iştirakçılara öyrədiləcək vərdişlərdən biri də müxtəlif damar anastomozlarının texnikasıdır.
 
Damar anastomozları ümumi qəbul olunmuş 3 üsulla yaradıla bilər – uc-uca, uc-yan, yan-yana. Anastomozun effektivliyi onun hemodinamik keyfiyyətlərinə görə qiymətləndilir. Məsələn, uc-yan tipli anatomozlarında qan cərəyanı yaxşı xətti və həcmi sürətə malik olur. Lakin ən mükəmməl hemodinamik keyfiyyətlərə uc-uca tipli anastomozlar malikdirlər. 
anastomosis

Hal-hazırda effektiv damar anastomozları aşağıdakı tələblərə cavab verməlidirlər:
 
1. Anastomozda iştirak edən damarların bir-birinə yaxınlaşması yalnız həmin damarların təbii elastikliyi hesabına baş verməlidir. Damar divarının gərilməsi yolverilməzdir. Əks halda damarın intiması, yaxud bütün qalınlığı boyunca baş verən cırılma idarə oluna bilməyən qanaxmya səbəb ola bilər. Digər halda həddən artıq gərilmə damar divarının nekrozuna gətirib çıxara bilər.
2. Tikiş boyunca birləşdirilən damarların qatları özünə müvafiq toxum ilə qarşılaşdırılmalıdır. Yəni intima – intima ilə, əzələ – əzələ ilə və s. birləşdirilməlidir. Mənfəzə əzələ və ya adventisiya toxumasının düşməsi yolverilməzdir və trombun yaranması ilə nəticələnə bilər.
 
3. Damar tikişi damarın mənfəzinin diametrinin dəyişməsinə və ya deformasiyasına səbəb olmamalıdır. Bu normal qan axını üçün vacibdir.
 
4. Anastomoz qoyulan zaman tikiş atmalarının arasında qan qalmamalıdır.
 
5. Tikiş atmaları bütün anastomoz boyunca həm bir-birindən (1-2 mm), həm də damar kənarında (1 mm) bərabər məsafədə olmalıdırlar.
 
6. Damarın kalibri və divarının xüsusiyyətləri iynə və sap seçimində nəzərə alınmalıdır.
 
7. Sırf damar cərrahiyəsi üçün nəzərdə tutulan alətlərdən istifadə olunmalıdır – damar sıxacları, damar pinsetləri, damar iynətutanları və damar qayçıları.
 
8. Uşaq və yeniyetmələrdə sirkulyar damar tikişi düyünlü olmalıdır. Çünki fasiləsiz tikiş damarın böyüyüb uzanmasına mane olur və gələcəkdə onun mənfəzini daralda bilər.

[:]