[:az]21-25 aprel 2016-ci tarixlərində Bakıda keçiriləcək 2.Azərbaycan-Alman-Türk Tibb Konqresinə hazırlıq bitmək üzrədir. Məlumat verdiyimiz kimi konqres davamlı tibb təhsili ilə məşğul olan Avropa mərkəzləri tərəfindən beynəlxalq statuslu tədbir kimi tanınmış və konqresə 24 CME balı verilmişdir.
Konqresin proqramı artıq hazırdır. Planlaşdırıldığı kimi konqres zamanı Almaniya, İsveçrə və Türkiyədən dəvət olunmuş 15-ə yaxın professorlar tərəfindən maraqlı məruzələr oxunacaq və diskussiyalar təşkil ediləcəkdir. Eləcə də 3 gün ərzində laparoskopik və ümumi cərrahiyyə, ultrasonoqrafiya və endoskopiya üzrə ən müasir treyninq avadanlıqlarından istifadə edilməklə treyninqlər də təşkil ediləcəkdir.
Konqresin proqramı ilə burada tanış ola bilərsiniz: 2.AGTMC 2016 – Konqresin proqramı
Hörmətlə,
Təşkilat Komitəsi[:en]
ORGANIZING COMMITTEE
[:]