Select Page

[:en]

Official opening ceremony of the 1st Azerbaijani-German-Turkish Medical Congress was held on April 11, 2015 in Monolit Plaza Hotel in Baku. Guests of honor attended the opening ceremony, as well as medical experts. Gurbankhan Muslumov, the chairman of Germany Azerbaijan Medical Cooperation Association, the professor of Scientific Surgery Centre, declared the Congress open and gave floor to Mrs. Heidrun Temple, the Ambassador Extraordinary and Plenipotentiary of Germany.

Mrs. Heidrun Tempel emphasized the importance of the medical relations, as well as the relations available for many years between Azerbaijan and Germany in other fields and appreciated current and future perspectives of the organization of such events.

 

Then Prof. Dr A.Aliyev, First Deputy General Director of National Centre of Oncology, chairman of the congress, was given floor. A.Aliyev stressed the very essential progress achieved in medicine in Azerbaijan during last decades beside in all fields of our life. He also gave detailed information about the reforms carried out in National Centre of Oncology in recent years. Furthermore, he stressed that improvement of life quality of oncology patients was one of the main priorities of the National Centre of Oncology. Prof. Dr G.Kaehler, the Director of Endoscopy Department of the University of Mannheim spoke about the cooperation between University Clinic of Mannheim and Germany-Azerbaijan Medical Cooperation Association and expressed her satisfaction regarding her visits to our country and being the president of this congress. At the end of her speech she wished success to the participants of the congress and trainings.

Then Dr. D. Uyak, Prof. Dr. M.Niedergethmann and Prof. Dr. S.Demirbash made their speeches.

At the end of the opening ceremony G. Muslumov, the Executive Director of the congress, emphasized the great role of the relations between Turkish and German medical centres in the development of medicine in our country. Moreover, he specially stressed support of National Centre of Oncology for organization of such events. At the same time, he said that it was gratifying that the trainings held for the first time in Azerbaijan had gained 21 CME (Continuing Medical Education) credits recognized by leading countries of the world.

After the official opening ceremony the congress started its work.

 [:az]

11 aprel 2015 il tarixində Bakı şəhərində Monolit plaza hotelində I Azərbaycan- Alman – Türk Tibb Konqresinin rəsmi  açılış mərasimi olmuşdur. Açılışda tibb mütəxəssisləri ilə yanaşı fəxri qonaqlar da iştirak etmişdirlər.

Konqresi  Azərbaycan – Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri, ECM-nin professoru Qurbanxan Müslümov  açıq elan etmiş və sözü Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Heidrun Tempele vermişdir.

 

 

Xanım Heidrun Tempel Azərbaycan və Almaniya arasındakı uzun illərdən bəri bir çox sahələrdə olduğu kimi səhiyyə sahəsində də mövcüd əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən danışmış və bu tip tədbirlərin keçirilməsini indiki və gələcək  prespektivlərini çox yüksək qiymətləndirmişdir.

Sonra  söz  MOM-un Baş Direktorunun I müavini,  konqresin sədri  Prof.Dr. Ə. ƏLiyevə verilmişdir.  Prof.Dr. Ə.ƏLiyev Azərbaycanda son onilliklər ərzində həyatımızın bütün sahələrində olduğu kimi tibb sahəsində də çox əhəmiyyətli inkşafa nail  olduğunu qeyd etmişdir. Daha sonra natiq son illərdə MOM-də aparılan islahatlar barədə geniş məlumat vermişdir. Həmçinin onkoloji xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılması MOM-un əsas prioritet məsələlərindən olduğunu vurğuladı.

Manhaym Universitet Klinikasının Endoskopiya şöbəsinin direktoru Prof.Dr G.Kaehler  2008-ci ildən bəri Manhaym Universitet Klinikası ilə Almaniya- Azərbaycan Tibbi Əməkdaşlıq Cəmiyyəti arasındakı mövcüd əməkdaşlıqdan söz açmış və bu əməkdaşlıqdan doğan birgə tədbirlərin hər iki ölkə arasındak səhiyyə sahəsindəki əlaqələrin daha da möhkəmlənməsinə mühüm tövhə olduğunu nəzərə çatdırmışdır. Prof.Dr. Kaehler ölkəmizə səfərlərindən və bu konqresin prezidenti olduğundan məmnunluğunu söylədi. Nitqin sonunda konqres və treninq iştirakçılarına uğurlar arzuladı.

Daha sonra Dr.D.Uyak, Prof.Dr.M.Niedergethmann, Prof.Dr.S.Demirbaş çıxış etdilər. Onlarda həmçinin bu tədbirin əhəmiyyətindən söz açdılar. Azərbaycanlı, alman və türk mütəxəssisləri tərəfindən endosonoqrafiya,laparoskopiya və açıq cərrahiyyə,endoskopiya və radiologiya üzrə keçiriləcək 3 günlük treninqlərin xüsusi əhəmiyyətindən söz açdılar və konqresin işinə uğurlar arzuladılar.

Açılış mərasiminin sonunda konqresin icraçı direktoru Q.Müslümov ölkəmizdə təbabətin inkşafında Türkiyə və Almaniyanın tibb mərkzləri ilə olan əlaqələrin çox böyük rolu olduğunu vurğulamışdır. Həmçinin Milli Onkologiya Mərkəzinin belə tədbirlərin keçirilməsini dəstəkləməsini xüsusi vurğuladı. Eyni zamanda ilk dəfə olaraq Azərbaycanda keçirilən treninqlərə dünyanın qabaqcıl ölkələrində tanınan 21 CME (Davamlı Tibb Təhsili) balı verilməsini  sevindirici hal olduğunu söylədi.

Rəsmi açılış mərasimindən dərhal sonra konqres öz işinə start verdi. Birinci prof. Q.Müslümov – Treynerlərin treyninqi adlı məruzənən çıxış etdi. Sonra G.Kaehler Düz bağırsağın şişləri zamanı endoskopik mukozal rezeksiyalar adlı video prezentasiya ilə çıxış etdi. Həmçinin Phd. Ş.Əliyev və Prof M.Gebel onkologiya və endoskopiya sahələrinin yeniliklərini əks etdirən prezentasiya ilə məruzə etdilər. Məruzələrdən sonra MOM-da azərbaycanlı mütəxəssislərləri Alman və Türk professorları ilə birgə Endoskopik Ultrasonoqrafiya üzrə master-klas keçirərək bu müayinəni gənc mütəxəssislərə xəstələri müayinə edərkən ətraflı izah etmişdilər. Xatırladaq ki, master-klas MOM-da növbəti günlərdə də davam edəcək.

Çay fasiləsindən sonra treninqlər işinə start verdi. Treninqlərdə azərbaycanlı mütəxəssislərlə yanaşı alman və türk professorları  rəhbərliyi ilə 4 sesiyada laparoskopiya, ümumi və damar cərrahiyyəsi, endoskopiya və radiologiya istiqamətində praktik işlər başlanıldı. Qeyd edək ki, treninqlərdə aparıcı treyninq mərkəzlərinin, həmçinin Davos təcrübəsindən istifadə edərək hazırlanan və xaricdən gətirilən mulyaj və avadanlıqlar istifadə olunur.

Monolit Plazada keçirilən hissə ilə paralel olaraq MOM-də günün birinci yarısında Prof. M.Niedergethmann, Phd N.Əsgərov, Prof. S.Demirbaş, Prof. H.Şenturk onkologiyada müasir yanaşmalar və onkoloji xəstəliklərin minimal invasiv üssulla müalicəsinə həsr olunmuş mühazirələr  ilə çıxış etdilər. İclasın sonunda mövzu ətrafında geniş müzakirələr və disskusiyalar aparıldı.

Günün ikinci yarısında basic qrupların treyninqləri bitdikdən sonra konqres öz işini mühazirələr və intermediate qruplarındakı treninqlərlə davam etdirdi.

 

 [:]