Select Page

[:az]

21-25 aprel 2016-cı il tarixində Alman Azərbaycan Tibbi Əməkdaşlıq Cəmiyyəti və ALMAZ treyninq mərkəzinin təşkilatçılığı ilə keçiriləcək və davamlı tibb təhsili mərkəzləri tərəfindən 24 CME balı verilmiş beynəlxalq status qazanmış 2.Azərbaycan-Alman –Türk Tibb Konqresi çərçivəsində tibbi treyninqlərlə bağlı daha bir yenilik.
Nəzərinizə çatdırırıq ki, treyninqlər zamanı Tibb Universitetinin aşağı kurs tələbələri, tibb texnikumları və kollejlərinin tələbələri və tibb bacıları üçün İlkin tibbi yardım kursalrı keçirilməsi gərara alınmıştır. Bu məqsədlə Almaniyanın əksər universitet klinikalarında tibbi simulyasiya məqsədilə istifadə olunan Erler Zimmer firması tərəfindən istehsal olunmuş xüsusi simulyatorlar gətirilmişdir. Beləki, xüsusi mulyaj üzərində eyni zamanda süni nəfəs vermə və ürəyin qapalı masajının aparılaması metodikası öyrədiləcəkdir. Mulyajın iş prinsipi belədir ki, masaj və süni tənəfüsün verilməsi düzgün aparıldıqda yaşıl işıq yanır, səhv aparıldıqda isə qırmızı işıq yanır və treynerlər tərəfindən onun doğru aparılma qaydaları hər bir iştirakçıya tədris ediləcək. Eləcə də, həmin firmanın istehsalı olan xüsusi mulyaj üzərində yuxarı ətrafların səthi və dərin venalarına xüssusi rəngləyici vasitələr yeridilməklə venadaxili kataterizasiya, venadaxili inyeksiyaların və venapunksiyaların aparılma prinsipləri öyrədiləcəkdir.
Odur ki, qeydiyyat üçün tələsin!

[:]