[:az]
Hörmətli həkimlər, rezidentlər, tələbələr və tibb bacıları!
Məlumat verdiyimiz kimi, 21-25 aprel 2016-cı il tarixlərində Bakıda keçiriləcək 2.Azərbaycan-Alman-Türk Tibb Konqresə və konqres çərçivəsində keçiriləcək treyninqlərə qeydiyyat üçün son həftəmiz qaldı. Nəzərinizə çatdırıq ki, laproskopiya qrupunda basic və intermediate səviyyələri, ümumi cərrahiyyə və radiologiya qruplarınnda isə basic səviyyəsi artıq dolub. Lakin təşkilat qrupunun xahişi ilə çoxsaylı müraciətləri nəzərə alaraq resident və tələbələr laparoskopiya qrupunun advanced səviyyəsinə qeydiyyatdan keçib lakin bu qrupda intermediate qrupunun tapşırıqlarını icra etmə şansı qazanırlar.
Tibb bacılara isə öz fərdi qruplarında (əməliyyat tibb bacısı, cərrahi tibb bacısı, endoskopik tibb bacısı, radiologiya tibb bacısı) iştirakla yanaşı həmçinin ilkin tibbi yardım kursları da həkim reanimatoloq-anestezioloqlar Dr.Qənbərov Ceyhun və Dr.Qulam Rüstəmzadə tərəfindən 22-24 aprel yarixlərində saat 16.00-17.00-dək keçiriləcək.
Siz də bu beynəlxalq statuslu tədbirin iştirakçısı olmağa tələsin. Online qeydiyyatdan keçib lakin hələ də ödəniş etməyənlərin nəzərinə çatdırırıq ki, siz iştirakçı olmaq hüququn yalnız ödəniş etdikdən sonra əldə edə bilirsiz. Sizə təkrar olaraq ödəniş linkin yollayırıq və əgər kiminsə bankda ödəniş etmə imkanı yoxdursa ödənişi bilavasitə GAMCA ofisində edə bilərsiniz: H.Zərdabi 77a. Əlaqə üçün 055 342 81 81 Vüqar dr
Hörmətlə,
TƏŞKİLAT KOMİTƏSİ!
[:]