Select Page

[:az]Treyninqlərin Ümumi billrothcərrahiyə qrupunun İntermediate səviyyəsində iştirakçılara Qastrektomiya əməliyyatının əsas texnikaları öyrədiləcək.

Qastrektomiya – mədə və onikibarmaq bağırsaq xəstəliklərinin cərrahi müalicə metodudur. Rezeksiyanın prinsipinə görə mədənin bir hissəsi kəsilib götürüldükdən sonra, mədə-bağırsaq traktının tamlığını bərpa etmək üçün qastro-entero anastomoz qoyulur. Əməliyyatın texnikası patoloji prosesin lokalizasiyasından, xarakterindən, rezeksiyanın həcmindən asılıdır. Ən geniş yayılmış üsullar Bilrot 1 və Bilrot 2 texnikalarıdır.

—> Bilrot 1 üzrə rezeksiya – mədənin antral və pilorik şöbələrinin sirkulyar kəsilməsi, mədə və onikibarmaq bağırsaq güdüllərinin uc-uca tipli anastomozlaşması.

Üstünlükləri: 1) Həzm sisteminin normal anatomiyası və funksiyası saxlanılır (mədə və onkibarmaq bbillroth 1ağırsağa anastomoz qoyulduğuna görə). Nəticədə qida duodenal və pankreatik fermentlərlə, ödlə qarışaraq, həzm normal gedir. Lakin nəzərə alsaq ki, sfinktor olmadığına görə qida mədədən onikibarmaq bağırsağa, ordan isə nazik bağırsağa keçidi sürətlə baş verir. Beləliklə, bu üstünlük daha çox nəzəri xarakter daşıyır. 2) Texniki icrası daha asandır. Əməliyyat sahəsi qarın boşluğunun yuxarı şöbəsini əhatə edir. 3) Dempinq sindromun inkişaf etmə halları daha az müşahidə olunur. 4) Daxili yırtıq və “gətirici ilgək” sindromu ehtimalı yüksək deyil.

Çatışmazlıqları: 1) Anastomozun və onikibarmaq bağırsağın xoralaşması hallarına səbəb olur. 2) Bəzən onikibarmaq bağırsaq kifayət qədər mobilizə oluna bilmədiyindən, tikiş xəttində gərginlik yaranır. Nəticədə duodenal xoralar, çapıq deformasiyaları və bağırsaq mənfəzinin daralması, mədənin proksimal şöbəsinin xoralarının inkişafına şərait yaradır. Bəzən həmçinin dalağın və mədə güdülünün də mobilizasiyasına ehtiyac yaranır ki, bu da əməliyyatı çətinləşdirir və riskini artırır. 3) Mədə xərçəngi diaqnozu ilə Bilrot 1 əməliyyatı aparılmır.

—> Bilrot 2 üzrə rezeksiya zamanı mədə güdülü ön və ya arxa qastroenteroanstomoz qoyulmaqla tiklib bağlanır. Bu texnikaya olan göstərişlər daha genişdir – mədənin proksimal, distal və orta 1/3-nin xoraları, peptik xoralar.

Üstünlükləri: 1) Orqanın geniş rezeksiyası aparılaraq, qastroyeyunal tikişlər dartılmır. 2) Onikibarmaq bağırsağın xorası zamanı əməliyyatdan sonrakı peptik xoraları daha az rast gəlinir. 3) Kobud patoloji dəyişikliklər olan duodenal xoralar zamanı bağırsağın güdülünü tikmək daha asandır, nəinki mədə ilə anastomoz formalaşdırmaq.

Çatışmazlıqları: 1) Dempinq sindromu inkişaf etmə ehtimalı daha yüksəkdir. 2) Nadir olsa da, gətirici ilgək sindromu və daxili yırtıq kimi ağırlaşmalar mümkündür.

Treyninq proqramından öyrədiləcək texnika və prosedurlar barədə daha ətraflı məlumat ala bilərsiniz.

[:]